...

DİN Bakıda dünən gecə saatlarında baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 20 İyun 2012 13:34 (UTC +04:00)
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 00:15 radələrində Bakının Nizami rayonu ərazisində "Mersedes" və "VAZ-2107" markalı avtomaşınlar toqquşub, ölən və xəsarət alan olmayıb.
DİN Bakıda dünən gecə saatlarında baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Bakıda dünən gecə saatlarında baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 00:15 radələrində Bakının Nizami rayonu ərazisində "Mersedes" və "VAZ-2107" markalı avtomaşınlar toqquşub, ölən və xəsarət alan olmayıb.

Bununla əlaqədar hadisə yerinə 1 qrup şəxs toplaşıb və bu zaman oradan keçən Bakı şəhər sakini Fuad Əliyevin idarə etdiyi "Merсedes" və Şərur rayon sakini Elçin Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Fuad Əliyev idarəetməni itirdiyindən hadisəyə baxan 13 nəfər şəhər sakinini vurub.

Nətiсədə 2 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəbər lenti

Xəbər lenti