...

Azərbaycanda bir günün "yol terroru": 7 ölü, 17 yaralı

Hadisə Materials 22 İyun 2012 09:20 (UTC +04:00)
Azərbaycanda son bir gündə qeydə alınan 16 yol qəzasında 7 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, dünən ən ağır yol qəzası Bakının qaradağ rayonu ərazisində baş verib
Azərbaycanda bir günün "yol terroru": 7 ölü, 17 yaralı

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda son bir gündə qeydə alınan 16 yol qəzasında 7 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, dünən ən ağır yol qəzası Bakının Qaradağ rayonu ərazisində baş verib.

Belə ki, iyunun 21-i saat 16:10 radələrində "Opel" markalı minik avtomobili "VAZ 21011" markalı avtomobillə toqquşub. Bu toqquşmadan sonra hər iki avtomobil "KAMAZ" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ 21011" avtomobilinin sürücüsü və iki sərnişini hadisə yerində ölüb, digər bir sərnişini isə xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti