...

Bakıda yaşayış evində yanğın zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb

Hadisə Materials 23 İyun 2012 12:46 (UTC +04:00)
Bakıda yaşayış evində baş verən yanğın zamanı ölən ev sahibəsinin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb
Bakıda yaşayış evində yanğın zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda yaşayış evində baş verən yanğın zamanı ölən ev sahibəsinin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 22-də Suraxanı rayonunun Əmircan qəsəbə sakini Zibeydə Dadaşovaya məxsus evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş ev sahibəsi isə orada ölüb.

Dadaşovanın meyitinin müayinəsi zamanı üzərində kəsilmiş-deşilmiş xəsarətlər olması aşkar edilib. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Suraxanı RPİ tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti