Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda tanınmış tikinti şirkətinə məxsus pulu oğurlayan şəxslər tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 2011-ci il avqustun 7-də "Veysəloğlu" MMС-nin Salyan şəhəri, 20 Yanvar küçəsindəki filialının inzibati binasından, oranın müdiri Bəhruz Talıbovun iş otağındakı seyfdən 100737 manat pul oğurlanıb.
Salyan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulu oğurlamış Salyan şəhər sakinləri Elvin Yüzbaşov və Hafiz Xudaverdiyev tutulublar.