...

Bakıda "avtoş"ların yarışması faciə ilə nəticələndi (VİDEO)

Hadisə Materials 5 İyul 2012 12:41 (UTC +04:00)
Bakıda Füzuli meydanında iki avtoxuliqanın yarışması faciə ilə nəticələnib.
Bakıda "avtoş"ların yarışması faciə ilə nəticələndi (VİDEO)

Azərbaycan, Bakı, 5 iyul /Trend müxbir K.Zərbalıyeva/

Bakıda Füzuli meydanında iki avtoxuliqanın yarışması faciə ilə nəticələnib. Yayımlanan videolardakı görüntülərdən məlum olur ki, sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi ağır qəzalara səbəb olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-may aylarında 1035 yol qəzasında 313 nəfər dünyasını dəyişib, 1144 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzaların 429-u (104 ölüm, 503 xəsarət) Bakıda baş verib.

Video Player

Xəbər lenti

Xəbər lenti