...

Qubada kütləvi zəhərlənənlərdən iki azyaşlı uşağın vəziyyəti ağırdır

Hadisə Materials 11 İyul 2012 12:29 (UTC +04:00)
Qubada toyda kütləvi zəhərlənmə nəticəsində rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilənlərdən iki azyaşlı uşağın vəziyyəti ağırdır.
Qubada kütləvi zəhərlənənlərdən iki azyaşlı uşağın vəziyyəti ağırdır

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Qubada toyda kütləvi zəhərlənmə nəticəsində rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilənlərdən iki azyaşlı uşağın vəziyyəti ağırdır.

Quba rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən iki uşağın və bir nəfər 40-45 yaşlı şəxsin vəziyyəti ağırdır, üç nəfərin vəziyyəti isə orta ağırdır.

Kütləvi zəhərlənmənin səbəbi bakterioloji analizdən sonra müəyyən olunacaq.

İyulun 10-da Quba rayonu Bərqov kəndində keçirilən toy mərasimində qidadan kütləvi zəhərlənmə olub. Nəticədə 25 nəfər xəstəxanaya müraciət edib. Onlardan 5 nəfəri ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 17 nəfər də tibbi müdaxilədən sonra səhhətləri normallaşdığı üçün evə göndərilib.

Xəbər lenti

Xəbər lenti