Azərbaycan, Bakı, 11 iyul /Trend/
İyulun 10-da Abşeron rayonu ərazisində dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1995-ci il təvəllüdlü Nicat İsmayılovun axtarışları başa çatıb. Bu barədə Trend FHN-in rəsmi saytına istinadən məlumat verir.
İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 200 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu gün Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.