Azərbaycan, Bakı, 19 iyul /Trend/
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdamda 15 yaşlı oğlanın əlində döyüş sursatı partlaması ilə bağlı məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam rayon Mülki Müdafiə Qərargahı rəisinin bildirdiyinə görə, 18 iyulda, saat 19:30 radələrində rayonun Xındırıstan kənd sakini, 15 yaşlı Ceyhun Araz oğlu Səfərov növü məlum olmayan döyüş sursatı ilə yaşayış məntəqəsi ərazisində ehtiyatsz davrandığı üçün partlayışa düşüb.
Nəticədə o, əl barmaqlarının dördünü itirməklə digər xəsarətlər də alıb. Vəziyyəti ağırdır və hal-hazırda Sarıcalı hospitalındadır.