Azərbaycan, Bakı, 19 iyul /Trend/
Özünü yanan avtomobilindən kənara atan sürücü xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb, sürücü özünü avtomobildən ataraq xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.