...

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, bir nəfər ölüb

Hadisə Materials 24 İyul 2012 10:34 (UTC +04:00)
Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, bir nəfər ölüb.
Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 24 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, bir nəfər ölüb.

Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, rayon ərazisində, Bakı-Mərdəkan şosesində 1985-ci il təvəllüdlü Xəyal Abıyev idarə etdiyi "QAZ 2410" markalı avtomobili Rasim Nəcəfovun idarə etdiyi "DAEWO" markalı 136 saylı sərnişin avtobusuna vurub.

Nəticədə minik avtomobilinin sərnişini, 1977-ci il təvəllüdlü Yadigar Nəhmətov ağır bədən xəsarəti alıb və 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralı xəstəxanada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti