...

Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb

Hadisə Materials 31 İyul 2012 18:10 (UTC +04:00)
Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş İran vətəndaşı yaxalanıb.
Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş İran vətəndaşı yaxalanıb.

Dövlət Sərhəd Xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyul ayının 30-da saat 23:35 radələrində Yardımlı rayonunun Abbaslı kənd ərazisindəki zastavanın xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş İİR vətəndaşı 1976-cı il təvəllüdlü Fətəlipur Arif İsmayıl oğlu sərhəd naryadı tərəfindən verilən "Dayan" komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib.

Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq edib və sərhəd pozucusunu yaralayıb. Sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralı Masallı rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Hazırda vəziyyəti sabitdir.

Şəxsin üzərinə və əl çantasına baxış zamanı fars dilində ədəbiyyat və yazılı bloknot, 1 ədəd nömrəsiz "Nokia" markalı mobil telefon, Azərbaycan Respublikası və İran İslam Respublikasının milli valyutaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti