...

Goranboyda 74 yaşlı qadının zorakılıq əlamətləri olan meyiti aşkarlanıb

Hadisə Materials 4 Avqust 2012 10:50 (UTC +04:00)
Goranboy rayon Şadıllı kəndində ötən gün səhər saatlarında qətlə yetirilən qadının meyiti tapılıb.
Goranboyda 74 yaşlı qadının zorakılıq əlamətləri olan meyiti aşkarlanıb

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M.Əliyev/

Goranboy rayon Şadıllı kəndində ötən gün səhər saatlarında qətlə yetirilən qadının meyiti tapılıb.

Goranboy rayon prokurorluğundan şənbə günü Trend-ə bildiriblər ki, kənd sakini 1938-ci il təvəllüdlü Əliyeva Dilarə Müseyib qızının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evin həyətindəki tövlədən tapılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, istindaq hərəkətləri aparılır.

Xəbər lenti

Xəbər lenti