Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir K.Zərbalıyeva/
15 yaşlı qız Arazda batıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1997-сi il təvəllüdlü Aişən Ənvər qızı İsmayılova Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batıb.
Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. İsmayılovanın cəsədi batdığı yerdən təxminən 20 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.