...

DİN: Yol qəzasında polis əməkdaşı ölüb, bölmə rəisi xəsarət alıb

Hadisə Materials 10 Avqust 2012 13:24 (UTC +04:00)
Daxili İşlər Nazirliyi yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.
DİN: Yol qəzasında polis əməkdaşı ölüb, bölmə rəisi xəsarət alıb

Azərbaycan, Bakı, 10 avqust /Trend müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da saat 23:00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Masallı rayon sakini Siyavuş Məmmədov "KamAZ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Şəmkir rayon sakini Maluzər Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşının qoşqusuna vurub və qoşqu aşıb.

Nəticədə Məmmədov hadisə yerində ölüb. Bununla əlaqədar hadisə yerinə gəlmiş Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin rəisi Vüsal Qaraşov və idarənin əməkdaşı Babagözəl Hacıyev həmin ərazidən keçən müəyyən edilməmiş avtomaşınla vurulublar.

Hacıyev hadisə yerində ölüb, xəsarət almış Qaraşova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Görülmüş tədbirlər nəticəsində hadisənin "Mitsubishi-Pajero" markalı avtomaşının sürücüsü Ələt qəsəbə sakini Xasay İsmayılov tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Xəbər lenti

Xəbər lenti