...

Azərbaycanda "yol terroru" davam edir

Hadisə Materials 15 Avqust 2012 13:54 (UTC +04:00)
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ağır yol qəzası Qobustan rayonu ərazisində baş verib. Belə ki, avqustun 14-də saat 15.00 radələrində Qobustan rayonu ərazisində, Bakı şəhər sakinləri Abdurrəhman Adıgözəlovun idarə etdiyi "Mitsubishi-Pajero" və Nizaməddin Musayevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşub
Azərbaycanda "yol terroru" davam edir

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Dünən Azərbaycanda 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 6 nəfər isə yaralanıb

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ağır yol qəzası Qobustan rayonu ərazisində baş verib. Belə ki, avqustun 14-də saat 15.00 radələrində Qobustan rayonu ərazisində, Bakı şəhər sakinləri Abdurrəhman Adıgözəlovun idarə etdiyi "Mitsubishi-Pajero" və Nizaməddin Musayevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşub.

Nəticədə "Jiquli"dəki 2 sərnişini hadisə yerində, sürücüsü Musayev isə xəstəxanada ölüblər. Digər sürücü və sərnişinlər isə xəstəxanaya yerləşdiriliblər.

Yol qəzalarının ikisi piyada vurma ilə bağlı olub. Hadisələrin hər ikisi Bakıda qeydə alınıb və nəticədə iki piyada ölüb.

Xəbər lenti

Xəbər lenti