...

Azərbaycanda bir nəfər kanalda boğulub

Hadisə Materials 16 Avqust 2012 12:45 (UTC +04:00)
Azərbaycanda bir nəfər kanalda boğulub.
Azərbaycanda bir nəfər kanalda boğulub

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda bir nəfər kanalda boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1995-сi il təvəllüdlü Ülfət Şükran oğlu Qasımov Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Hindarx qəsəbəsindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 135 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Qasımovun cəsədi batdığı yerdə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti