Azərbaycan, Bakı, 18 avqust /Trend/
Rusiyada qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda tutulub.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva şəhərinin Şimal-Şərq İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federtasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İxtiyar Rüstəmov tutulub.
Eləcə də Rusiya Federasiayasının Surqut şəhər Daxili İşlər İdarəsi tərəfindən RF CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Zöhrab Mehdiyev tutulub.