Azərbaycan, Bakı, 22 avqust /Trend müxbir K.Zərbalıyeva/
Keçmiş məhkum silah satarkən tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Rəhimov 1 ədəd "Makarov" tipli tapançanı 1500 manata satarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb.