...

FHN 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 1 Sentyabr 2012 13:06 (UTC +04:00)
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 61-ci kilometrliyində “Otoyol” markalı avtobus və “VAZ” markalı minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
FHN 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Fövqəladə Hallar Nazirliyi 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax yolunun 61-ci kilometrliyində "Otoyol" markalı avtobus və "VAZ" markalı minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobili aşmış, içərisində olan 3 nəfər ölüb. Xilasedicilər cəsədləri müvafiq qaydada götürərək aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti