...

Suriya ordusunun generalı Dəməşqdə partlayış zamanı ölüb

Hadisə Materials 1 Sentyabr 2012 16:09 (UTC +04:00)
Suriya ordusunun generalı bu gün Dəməşqdə avtomobilinin partladılması nəticəsində dünyasını dəyişib.
Suriya ordusunun generalı Dəməşqdə partlayış zamanı ölüb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Suriya ordusunun generalı bu gün Dəməşqdə avtomobilinin partladılması nəticəsində dünyasını dəyişib. Bu barədə Trend Livanın "əl-Məyadin" telekanalına istinadən məlumat verir.

Məlumatda ölən generalın adı qeyd edilmir.

General Suriya paytaxtının şimalında yerləşən Əbu Cəraş bağları yaxınlığındakı Rüknəddin ərazisində olarkən maşınına qoyulan partlayıcı maddə işə düşüb.

Partlayış nəticəsində yaxınlıqdakı bir neçə avtomobil zərər görüb.

Xəbər lenti

Xəbər lenti