...

Gəncədə 24 yaşlı gənc qətlə yetirilib

Hadisə Materials 3 Sentyabr 2012 10:09 (UTC +04:00)
Əhmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Gəncədə 24 yaşlı gənc qətlə yetirilib

Azərbaycan, Bakı,3 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Gəncədə 24 yaşlı gənc qətlə yetirilib.

Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 1-də gecə saat 22:00-23:00 radələrində Səməd Vurğun küçəsi ilə Məktəbli küçəsinin kəsişməsində 1988-ci il təvəllüdlü Elmir Əhmədov 1993-cü il təvəllüdlü Əbülfəz Cəfərov tərəfindən aralarında düşən mübahisə zəminində bıçaqlanıb.

Əhmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti