...

Bakıda oğurluq edən cinayətkar dəstə yaxalanıb

Hadisə Materials 5 Sentyabr 2012 13:05 (UTC +04:00)
Bakıda avtomaşınlardan və mağazalardan oğurluq edən cinayətkar dəstə yaxalanıb.
Bakıda oğurluq edən cinayətkar dəstə yaxalanıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bakıda avtomaşınlardan və mağazalardan oğurluq edən cinayətkar dəstə yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Tural Sadıqova məxsus "Mercedes" markalı avtomaşından maqnitofon və sənədlər oğurlamış Bakı şəhər sakinləri Arif Əliyev, Azər İbrahimov, Kamran Pırkin tutulub, Hüseyn Sadıqov isə müəyyən edilib.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Sadıqovla birgə cari ilin avqust və sentyabr ayları ərzində Bəxtiyar Zeynalova, İsrafil İsmiyevə, Zülfüqar Qəmbərova, Afiq Bağırova, Mehman Abbasova, Şəmsi Məmmədova, Mənsur Heydərzadəyə və Nazim Ağayevə məxsus avtomaşınlardan, Azad Nəsirova məxsus mağazadan, Bayram Bayramov məxsus mağazadan ərzaq məhsulları, Nəriman Aslanova məxsus "Mercedes" markalı, Firdovsi Nəbiyevə məxsus "VAZ-21099" və Yaşar Qurbanova məxsus "Nissan" markalı avtomaşınlardan oğurluq etmələri, eləcə də, Becan Hüseynova məxsus "Mercedes" və onun oğlu Asimə məxsus "Mercedes" markalı avtomaşınlara isə qismən ziyan vurmaları müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti