...

Şabranda və Gədəbəydə yol qəzaları olub, ölənlər var

Hadisə Materials 8 Sentyabr 2012 13:30 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 7-də saat 22:00 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində, Quba rayon sakini Mirsaleh Mirbabayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb.
Şabranda və Gədəbəydə yol qəzaları olub, ölənlər var

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Şabranda və Gədəbəydə yol qəzaları olub, ölənlər var.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 7-də saat 22:00 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində, Quba rayon sakini Mirsaleh Mirbabayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Sentyabrın 7-də saat 18:30 radələrində Gədəbəy rayonunun Kiçik Qaramurad kəndi ərazisində, kənd sakini Nizaməddin İbrahimov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti