...

FHN Oğuzda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 12 Sentyabr 2012 11:13 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Oğuzda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
FHN Oğuzda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Fövqəladə Hallar Nazirliyi Oğuzda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Oğuz rayonu, Bucaq kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobilin sürücüsü - 1976-cı il təvəllüdlü Mustafayev Tərlan Abduləli oğlu və sərnişin -1992-ci il təvəllüdlü Mustafayev Rəhman Rahim oğlu hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər müvafiq qaydada avtomobildə sıxılmış vəziyyətdə qalmış Tərlan Mustafayevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti