...

Ulyanovskda Azərbaycan diasporunun rəhbərinə qarşı sui-qəsd törədən onun tanışı olub

Hadisə Materials 12 Sentyabr 2012 16:09 (UTC +04:00)
Müstəntiqlər Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynova qarşı sui-qəsd törədən şəxsin kimliyini müəyyənləşdiriblər.
Ulyanovskda Azərbaycan diasporunun rəhbərinə qarşı sui-qəsd törədən onun tanışı olub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Müstəntiqlər Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynova qarşı sui-qəsd törədən şəxsin kimliyini müəyyənləşdiriblər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Mühafizə orqanlarının əməkdaşları hücum edənlərdən birinin şəxsiyyətini müəyyənləşdiriblər. Məlumata əsasən, hücuma məruz qalan şəxsin uzun müddət onunla əlaqəsi olub", - məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 11-də günorta satlarında iki naməlum şəxs təşkilatın yerləşdiyi məkana daxil olaraq şöbə rəhbərinə və mühafizəçisinə odlu silahdan bir neçə dəfə atəş açıb. Hüseynovun mühafizəçisi hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti