...

Bakıda iki sərnişin avtobusu toqquşub

Hadisə Materials 23 Sentyabr 2012 11:29 (UTC +04:00)
Bakıda iki sərnişin avtobusu toqquşub.
Bakıda iki sərnişin avtobusu toqquşub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bakıda səhər saatlarında iki sərnişin avtobusunun toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, paytaxtın Nizami rayonunun ərazisində, metropolitenin "Qara Qarayev" stansiyasının yaxınlığında iki sərnişin avtobusu toqquşub. Yol qəzası nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Trend-ə qəzanın baş verməsini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti