...

Azərbaycanda bir günün "yol terroru": 2 ölü, 30 yaralı

Hadisə Materials 27 Sentyabr 2012 09:26 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzalarda 2 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Azərbaycanda bir günün "yol terroru": 2 ölü, 30 yaralı

Azərbaycan, Bakı, 27 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Ötən gün Azərbaycanda 15 yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzalarda 2 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Qəzaların 3-ü Bakıda baş verib. Paytaxtda qeydə alınan yol qəzalarında ölən olmasa da, 14 nəfər xəsarət alıb.

Ötən gün ağır yol qəzaları Bakının Qaradağ və Suraxanı rayonlarında və Biləsuvarda qeydə alınıb.

Qaradağda sərnişin avtobusu ilə "Kamaz", Suraxanıda "Ford"la "VAZ" markalı avtomobillər, Biləsuvarda isə sərnişin avtobusu ilə "Oka" markalı avtomobil toqquşub.

İdarədən bildirilib ki, birinci qəzada 9, digər qəzaların hər birində 4 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti