Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın avtomobil yollarında sentyabrın 28-də 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ölümlə nəticələnən yol qəzalarının ikisi də piyadavurmadır.
Belə ki, sentyabrın 28-də saat 19.40 radələrində Binəqədi rayonu ərazisində, Şamaxı şəhər sakini Vüqar Yolçuyev "Mercedes" markalı avtomaşınını idarə edərkən yolu keçən Abşeron rayon sakini Əsli Rəhimovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Həmin gün saat 07.00 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Elnur Abdullayev "Reno" markalı avtomaşını idarə edərkən Culfa rayon sakini Cavanşir Allahverdiyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Azərbaycanda cümə günü "yol faciəsi": 2 ölü, 7 yaralı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ölümlə nəticələnən yol qəzalarının ikisi də piyadavurmadır
