...

Gəncədə bir ailənin 3 üzvünü vuraraq hadisə yerindən qaçmış sürücü tutulub

Hadisə Materials 2 Oktyabr 2012 10:43 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Gəncədə bir ailənin 3 üzvünü vuraraq hadisə yerindən qaçmış sürücü tutulub

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədə bir ailənin 3 üzvünü vuraraq hadisə yerindən qaçmış sürücü tutulub.

Trend-in Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 21:00 radələrində Gəncə şəhəri, Xətai prospektində yerləşən 7 nömrəli yaşayış binasının yaxınlığında naməlum avtomaşınla piyadalar - Əsgərova Urux Məcid qızı, Vəliyeva Vəfa Ramiz qızı və Vəliyeva Xatın Könül qızı vurulub. Onlar aldığı xəsarətlərdən ölüblər.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Bayramov Tural Məmməd oğlu tərəfindən onun idarə etdiyi "Mercedes Benz" markalı, 20-DB-396 dövlət qeydiyyat nişanlı avtomobillə törədildiyi müəyyən edilib və o, oktyabrın 1-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xəbər lenti

Xəbər lenti