...

Azərbaycanda bu il yanğınlarda ölənlərin sayı artıb

Hadisə Materials 22 Oktyabr 2012 13:19 (UTC +04:00)
Azərbaycanda bu ilin 9 ayı ərzində yanğın hadisələri zamanı 44 nəfər həlak olub, 62 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Azərbaycanda bu il yanğınlarda ölənlərin sayı artıb

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda bu ilin 9 ayı ərzində yanğın hadisələri zamanı 44 nəfər həlak olub, 62 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 7 nəfər və ya 19% çox, xəsarət alanların sayı isə 31 nəfər və ya 33% azdır.

Hesabat dövründə ölkə ərazisində 14 partlayış hadisəsi baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 hadisə və ya 33% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

Ümumilikdə, 2012-ci ilin 9 ayı ərzində respublika ərazisində 6646 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 882 hadisə və ya 15% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub, 83 nəfər xəsarət alıb, 143 nəfər xilas edilib və 26 nəfər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti