Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Bu gün səhər saatlarında Ermənistanda dörd yük vaqonu relsdən çıxıb. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Hadisə Vardenis-Şorja dəmiryol xəttinin 165-ci kilometrində baş verib.
"Məlum olmayan səbəblərdən 4 boş yük vaqonu relsdən çıxıb. Xəsarət alan yoxdur", - FHN-in mətbuat xidməti məlumat verir.
Hadisə yerində qəza-bərpa işləri aparılır.