...

Dərin Özüllər Zavodunun işçisi ölüb

Hadisə Materials 23 Oktyabr 2012 12:50 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Dərin Özüllər Zavodunun işçisi ölüb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dərin Özüllər Zavodunun işçisi bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Qaradağ rayonu ərazisində, Dərin Özüllər Zavodunda, orada işləyən Əlişirin Ağayev sanitar qovşağında yıxılmış və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti