...

Beyləqanda minik avtomobili 3 velosipedçini vurub, bir nəfər ölüb

Hadisə Materials 29 Oktyabr 2012 11:50 (UTC +04:00)
Beyləqanda minik avtomobili 3 velosipedçini vurub.
Beyləqanda minik avtomobili 3 velosipedçini vurub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Beyləqanda minik avtomobili 3 velosipedçini vurub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 28-də saat 21:00 radələrində Beyləqan rayonunun Daşburun kəndi ərazisində, rayon sakini Pərviz Sarıyev "VAZ-21063" markalı avtomaşını idarə edərkən, yolda velosiped sürən həmyerliləri Elmir Behbudovu, İbadət Telmanzadəni və Rəhim İsmayılovu vurub.

Nəticədə xəsarət almış velisopedçilər xəstəxanaya yerləşdiriliblər. Behbudov orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti