...

Azərbaycan yollarında daha 2 piyada həlak olub

Hadisə Materials 9 Noyabr 2012 13:27 (UTC +04:00)
Azərbaycan yollarında daha 2 piyada həlak olub.
Azərbaycan yollarında daha 2 piyada həlak olub

Azərbaycan, Bakı, 9 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan yollarında daha 2 piyada həlak olub.

Trend cümə günü Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gecə saat 03:10 radələrində Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla 25-30 yaşlı kişi vurulub. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Qusar rayonunun Aladaş kəndi ərazisində isə Türkiyə vətəndaşı Gökalp Ergün Cumali idarə etdiyi "VAZ-2121" markalı avtomaşınla yolu keçən kənd sakini Akif Qafarovu və Kuzun kənd sakini Minbala Qafarovu vurub. Nəticədə M.Qafarov hadisə yerində ölüb, xəsarət almış A.Qafarov isə xəstəxanaya yerləşdirilib. Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti