...

Azərbaycan və Rusiya tərəfindən axtarışda olan şəxs tutulub

Hadisə Materials 14 Noyabr 2012 12:50 (UTC +04:00)
Onun Rusiyanın Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə də axtarışda olması müəyyən edilib.
Azərbaycan və Rusiya tərəfindən axtarışda olan şəxs tutulub

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Rusiya tərəfindən axtarışda olan həmyerlimiz tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Nazim Xudakərimov tutulub.

Onun Rusiyanın Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə də axtarışda olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti