...

FHN Xəzər dənizində köməksiz vəziyyətdə qalan balıqçıları xilas edib (VİDEO)

Hadisə Materials 18 Noyabr 2012 11:38 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində sahildən təqribən 240 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qalıb.
FHN Xəzər dənizində köməksiz vəziyyətdə qalan balıqçıları xilas edib (VİDEO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend /

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində sahildən təqribən 240 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qalıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Müraciət daxil olan kimi FHN Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə yerinə cəlb olunmuş və balıqçılardan üçü - 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlu FHN-nin Aviasiya Dəstəsinin helikopteri vasitəsilə xilas edilib.

Digər balıqçı 1959-cu il təvəllüdlü Əliyev Əlibəy İsabala oğlu isə xilasedici sal ilə təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyasının birgə həyata keçirdiyi əməliyyat nəticəsində Ə. Əliyev "Cəlil Məmmədquluzadə" adına tanker tərəfindən xilas edilib.

Xilasetmə əməliyyatları zamanı diplomatik kanallar vasitəsilə Türkmənistan Respublikasının müvafiq orqanlarına edilmiş müraciətlər operativ olaraq öz həllini tapıb.

Keçirilən əməliyyatlarda Türkmənistan Respublikasının müvafiq qurumları, o cümlədən, helikopter və katerləri də iştirak ediblər.

Video - FHN

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti