Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Gəncə polisi beynəlxalq axtarışda olan şəxsi tutub.
Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ukraynanın Daxili İşlər Nazirliyi tərəfindən İnterpola axtarışa verilmiş Ruslan Ağalarov həbs edilib.
O, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.