...

Pakistanda partlayış olub, ən azı 7 nəfər ölüb

Hadisə Materials 24 Noyabr 2012 12:25 (UTC +04:00)
Pakistanın şimal-qərbində yol kənarında bombanın partlaması nəticəsində şiələrin Məhərrəm ayının şərəfinə keçirdiyi ayinlərdə iştirak edən 7 nəfər dünyasını dəyişib.
Pakistanda partlayış olub, ən azı 7 nəfər ölüb

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Pakistanın şimal-qərbində yol kənarında bombanın partlaması nəticəsində şiələrin Məhərrəm ayının şərəfinə keçirdiyi ayinlərdə iştirak edən 7 nəfər dünyasını dəyişib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, terror aktı sünni silahlıların istinadgahı hesab edilən Dəra İsmayıl Xan şəhərində baş verib.

Ölkə polisi və təhlükəsizlik qüvvələri sünnilər və şiələr arasında münaqişələr fonunda dini zəmində irimiqyaslı hücumlardan ehtiyat etdiyindən tam hazırlıq vəziyyətinə gətirilib. Məhərrəm ayının başlamasından etibarən artıq onlarla insan öldürülüb.

Partlayışların baş verməməsi üçün cari istirahət günlərində Pakistanın bir çox şəhərində mobil rabitə şəbəkəsi bağlanacaq.

Kəşfiyyatın məlumatına görə, yaxın günlərdə İslamabad, Kəraçi və Kvetta şəhərlərində hücumlar gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti