Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evinin hamamında su qızdırıcısı alışıb, xəsarət alan var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli altı otaqlı evin hamam otağında su qızdırıcısında ani alışma olub. Hadisə zamanı yanğın olmayıb.
Hadisə nəticəsində evdə olan 1 nəfər yanıq xəsarəti alıb və yanğınsöndürənlər çatana kimi xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.