...

2012-ci ildə Türkiyə İraqın şimalında 420-dən artıq PKK yaraqlısını məhv edib

Hadisə Materials 3 Dekabr 2012 10:38 (UTC +04:00)
2012-ci ilin on bir ayı ərzində Türkiyə təhlükəsizlik qüvvələrinin İraqın şimalında apardığı xüsusi əməliyyatlar nəticəsində Kürd Fəhlə Partiyasının (PKK) 427 yaraqlısı məhv edilib.
2012-ci ildə Türkiyə İraqın şimalında 420-dən artıq PKK yaraqlısını məhv edib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Tağıyeva/

2012-ci ilin on bir ayı ərzində Türkiyə təhlükəsizlik qüvvələrinin İraqın şimalında apardığı xüsusi əməliyyatlar nəticəsində Kürd Fəhlə Partiyasının (PKK) 427 yaraqlısı məhv edilib. Bu barədə Türkiyənin müdafiə naziri İsmət Yıldız məlumat verib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi Türkiyənin "Sabah" qəzeti yayıb.

Göstərilən dövrdə İraqın şimalında 55 antiterror əməliyyatı keçirilib.

2012-ci ilin on ayı ərzində Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı xüsusi əməliyyatlar nəticəsində ölkənin müxtəlif rayonlarında Kürd Fəhlə Partiyasının (PKK) 716 yaraqlısı zərərsizləşdirilib. 716 yaraqlıdan 496-sı məhv edilib, 21 terrorçu yaralanıb, 44-ü saxlanılıb və 155 terrorçu könüllü olaraq təslim olub.

Göstərilən dövrdə Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən PKK yaraqlılarına qarşı altı irimiqyaslı və 19 lokal əməliyyat aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti