...

Balakəndə gün ərzində 4 dəfə zəlzələ olub (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 5 Dekabr 2012 18:55 (UTC +04:00)
Azərbaycanın Balakən rayonunda zəlzələ olub.
Balakəndə gün ərzində 4 dəfə zəlzələ olub (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Balakən rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 15:50-də Zaqataladan 31 km qərbdə, Balakən-Gürcüstan sərhədində zəlzələ qeydə alınıb.

Zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

Balakəndə bu gün ikinci zəlzələ olub. Yerli vaxtla saat 17:13-də Zaqataladan 29 km qərbdə, Balakən-Gürcüstan sərhədində zəlzələ qeydə alınıb. Zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, üçüncü zəlzələ yerli vaxtla saat 17:43-də Zaqataladan 28 km qərbdə, Balakən-Gürcüstan sərhədində qeydə alınıb. Zəlzələ Balakən ərazisində 2 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Dördüncü zəlzələ isə yerli vaxtla saat 17:50-də Zaqataladan 27 km qərbdə, Balakən-Gürcüstan sərhəddində qeydə alınıb. Zəlzələ Balakən ərazisində 2 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti