...

Çində 20-dən çox məktəbli bıçaqlanıb

Hadisə Materials 14 Dekabr 2012 11:05 (UTC +04:00)
Çində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində ibtidai məktəbin 22 şagirdi yaralanıb.
Çində 20-dən çox məktəbli bıçaqlanıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Çində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində ibtidai məktəbin 22 şagirdi yaralanıb. Hadisə cümə günü səhər baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Çin KİV-inə istinadən xəbər verir.

Polisin məlumatına görə, insident yerli vaxtla saat 07:40-da Xenan vilayətinin Quanşan rayonundakı Çentao kəndində baş verib. Naməlum şəxs əlində bıçaqla məktəbin girişində uşaqlara hücum edib və 22 nəfəri yaralayıb, yoldan keçən bir nəfər də xəsarət alıb.

Hücum edən şəxs saxlanılıb. Onun 36 yaşlı yerli sakin olduğu məlum olub. Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Onların xəsarətləri həyati təhlükəli deyil.

Polis təhqiqat aparır.

Qeyd edək ki, bu, Çində uşaqlara bıçaqla hücum edilməsi ilə bağlı ilk hadisə deyil. 2010-cu ildə baş verən oxşar hadisələr zamanı onlarla məktəbli yaralanmış, onlardan yeddisi ölmüşdü. Hücum edənlər bununla öz ailə problemlərinə və maliyyə çətinliklərinə diqqət çəkməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti