...

Bakıda maşından oğurluq edən şəxs tutulub

Hadisə Materials 14 Dekabr 2012 12:25 (UTC +04:00)
Bakıda maşından oğurluq edən şəxs tutulub.
Bakıda maşından oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Bakıda maşından oğurluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir neçə cinayət əməlində şübhəli bilinən, Ağdaş rayon sakini Elturan Yusibov tutulub.

O, noyabrın 21-nə keçən gecə M.Cəlal küçəsində Bəyalı Məmmədova məxsus "KİA" markalı avtomaşından şüşəni sındırma yolu ilə sənədlər oğurlayıb. Noyabrın 22-nə keçən gecə isə A.Mustafayev küçəsində Rəşad Dadaşova məxsus "KİA Sportage" markalı avtomaşından oğurluğa cəhd edib.

Elturan Yusibov dekabrın 1-nə keçən gecə Cavadxan küçəsində Vəzir İsmayılova məxsus "Mersedes" markalı avtomaşından pul oğurlayıb, Məmmədiyə Əbdülrəhimova məxsus "Hunday" markalı avtomaşının isə yan şüşəsini sındırıb.

Eyni zamanda, o, dekabrın 11-nə keçən gecə Cavadxan küçəsində İqbal Bəşirova məxsus "MG-350" markalı avtomaşından şüşəni sındırma yolu ilə mobil telefon oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti