...

Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşmiş qadın xilas edilib

Hadisə Materials 1 Yanvar 2013 19:44 (UTC +04:00)
Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşmiş qadın xilas edilib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşmiş qadın xilas edilib

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşmiş qadın xilas edilib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində 1988-ci il təvəllüdlü qadın dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km aralı) batmaq təhlükəsi ilə üzləşmişdir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:25-də başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti