Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 2013-cü ilin ilk oğurluğu yeni status almış Pirallahı rayonunun ərazisində baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yanvarın 1-i saat 01:05 radələrində rayon sakini Yadigar Maqsumov həmyerlisi Oleq Yermakova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırıb. Lakin ilin ilk böyük oğurluq hadisəsi faciəvi başa çatıb. Belə ki, Yadigar Maqsumov qaçırdığı avtomobili idarə edərkən onu aşırıb.
Nəticədə xəsarət almış Maqsumov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.