...

Dövlət Sərhəd Xidməti ölkəyə külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısını alıb

Hadisə Materials 7 Yanvar 2013 12:50 (UTC +04:00)
Ötən iki ay ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin, о cümlədən 16 kq 885 qr heroinin, 10 kq 180 qr həşiş qətranının, 10 kq həşişin, 4 kq 22 qr tiryəkin, 1 kq marixuananın ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidməti ölkəyə külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısını alıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Ötən iki ay ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin, о cümlədən 16 kq 885 qr heroinin, 10 kq 180 qr həşiş qətranının, 10 kq həşişin, 4 kq 22 qr tiryəkin, 1 kq marixuananın ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısı alınıb.

DSX-dən Trend-ə verilən məlumata görə, qeyd olunan faktlarla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azarbaycan Respublikasi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Silah-sursat qaçaqmalçılığına qarşı mübarizə tədbirləri də uğurla davam etdirilir. Belə ki, 19 dekabr 2012-ci il tarixdə Lənkəran rayonunun Vel kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti ərazisində dəniz sahilində bağlamanın içərisində bir ədəd mərmili "Muxa" markalı tank əleyhinə əl qumbaraatanı aşkar olunub. Darhal təxirasalınmaz zəruri tədbirlər həyata keçirilib, vətəndaşların təhlükəsizliyi təmin edilərək, dekabrın 20-də qumbaratan partladılmaq yolu ilə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti