Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bir müddət əvvəl itkin düşmüş 1982-ci il təvəllüdlü Daşqın Ərəstun oğlu Mirzəyevin axtarışları başa çatıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Mirzəyevin cəsədi FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Cəlilabad rayonu ərazisindən keçən Mişarçay çayından (ən yaxın xilasetmə məntəqəsindən təxminən 80 km məsafədə, nəzarət olunmayan ərazidə) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.