...

Bakıda bir nəfər silah satarkən həbs olunub

Hadisə Materials 15 Yanvar 2013 12:27 (UTC +04:00)
Bakının Suraxanı rayon sakini Azər Bağırov tapança və vasitələrini satarkən həbs olunub
Bakıda bir nəfər silah satarkən həbs olunub

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/

Bakının Suraxanı rayon sakini Azər Bağırov tapança və vasitələrini satarkən həbs olunub

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 14-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayon sakini Azər Bağırov 1 ədəd "Makarov" markalı tapançanı, 4 ədəd tapança patronunu və patron darağını 1000 dollara satarkən tutulub.

Məsələ ilə bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti