Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 131-ci kilometrliyində - Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən CTV-nin bölgə müxbirinə verilən məlumata görə, qəsəbə sakini Vüsal Mahir oğlu Məmmədli idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən həmyerlisi 21 yaşlı Şükür Qabil oğlu Rəhimovu vurub.
Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.