...

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Hadisə Materials 16 Yanvar 2013 13:42 (UTC +04:00)
Bakıda iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb.
Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 01.00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Elçin İsmayılovun idarə etdiyi "VAZ-2107" və Ağdam rayon sakini Teymur Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Hüseynov orada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti